Xəzər Xəbər

Ələt-Astara-İran yolunda hərəkət məhdudlaşır

Cəmiyyət | 13:45 • 5 Sentyabr 2024
Ələt-Astara-İran yolunda hərəkət məhdudlaşır

M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sentyabrın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardan keçmə yolu ilə təşkil ediləcək.

Xezerxeber.az xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar