Xəzər Xəbər

Yağış yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 15:02 • 4 Sentyabr 2024
Yağış yağacaq, bəzi çaylardan sel keçəcək

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xəbər lenti

Çox oxunanlar