Xəzər Xəbər

Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət | 14:00 • 4 Sentyabr 2024
Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə dairəsi”-dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Xezerxeber.az xəbər verir ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti