Xəzər Xəbər

İki ilə 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək

Cəmiyyət | 10:39 • 4 Sentyabr 2024
İki ilə 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək

2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə etməcəyi planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə çıxış edərkən deyib.

Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizininin rəqəmsal vərdişlərinə yiyələnməsi əsas hədəflərdəndir: “2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır", - deyə Samir Məmmədov əlavə edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024