Xəzər Xəbər

Metronun "Nizami-Dərnəgül" sahəsində interval pozulub

Cəmiyyət | 17:43 • 3 Sentyabr 2024
Metronun "Nizami-Dərnəgül" sahəsində interval pozulub

Bakı metropoliteninin "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Baki metropolitenindən Xezerxeber.az-a verilən məlumata görə, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar buraxılıb.

Xəbər lenti