Xəzər Xəbər

Ötən ay zəhərlənmədən 4 nəfər ölüb

Cəmiyyət | 11:50 • 3 Sentyabr 2024
Ötən ay zəhərlənmədən 4 nəfər ölüb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib.

Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, sirkə turşusundan zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) dünyasını dəyişib.

Xəbər lenti

Çox oxunanlar