Xəzər Xəbər

Azad edilmiş ərazilərdə ötən ay daha 772 mina aşkarlanıb

Cəmiyyət | 14:08 • 2 Sentyabr 2024
Azad edilmiş ərazilərdə ötən ay daha 772 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən avqust ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan Xezerxeber.az-a verilən məlumata görə, ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 551 piyada əleyhinə mina, 221 tank əleyhinə mina, 27 872 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7135,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti

Çox oxunanlar