Xəzər Xəbər

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

Cəmiyyət | 12:52 • 25 Avqust 2024
İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.

Xezerxeber.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

“Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - nazirlikdən bildirilib.

Xəbər lenti

Çox oxunanlar