Xəzər Xəbər

Xaricdə təhsil üzrə Dövlət Proqramı ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək

Cəmiyyət | 16:00 • 12 Avqust 2024
Xaricdə təhsil üzrə Dövlət Proqramı ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək

Xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.

Xezerxeber.az xəbər verir ki, bu baradə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib.

O xatırladıb ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Lakin bu proqram başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişikliyə əsasən, növbəti ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdiriləcək.

Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024