Avqustun 11-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, avqustun 11-i saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.