Xəzər Xəbər

Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi həbs olunub

Cəmiyyət | 19:45 • 9 Avqust 2024
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi həbs olunub

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az bildirir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Xəbər lenti

Çox oxunanlar