Xəzər Xəbər

Qruplar üzrə ayrılan plan yerləri açıqlanıb

Cəmiyyət | 12:20 • 8 Avqust 2024
Qruplar üzrə ayrılan plan yerləri açıqlanıb

Avqustun 9-da Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır.

Xezerxeber.az-ın məlumatına görə, I ixtisas qrupunda 19990 plan yeri ayrılıb.

Bunun 13315-i Azərbaycan, 785-i isə rus bölməsi üçün nəzərdə tutulub. 5890 plan yeri isə birgə qruplara ayrılıb. I qrupda 14407 dövlət sifarişli plan yeri ayrılıb.

II qrupda 14550 plan yerindən 4390-ı dövlət sifarişlidir. III ixtisas qrupunda isə 15459 plan yeri var, onun 4318-i dövlət sifarişlidir.

IV ixtisas qrupunda 4600 plan yerindən 3135-i dövlət sifarişlidir.

Xəbər lenti

Çox oxunanlar