Xəzər Xəbər

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçiminə başlanılır

Cəmiyyət | 11:50 • 8 Avqust 2024
Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçiminə başlanılır

Türkiyə-Azərbaycan Universitetinə 2024–2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, abituriyentlər avqustun 9-dan 19-dək ixtisas seçimində iştirak etməklə qeyd olunan ixtisasları seçə bilərlər.

Tədris ingilis dilində və Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universiteti ilə bağlı Azərbaycan Texniki Universitetində “Açıq qapı” günü keçirilir. Abituriyentlər “Açıq qapı” günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər.

“Açıq qapı” günü şənbə və bazar daxil olmaqla hər gün saat 09:00-dan 18:00-a qədər davam edir.

Xəbər lenti

Çox oxunanlar