Xəzər Xəbər

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

Cəmiyyət | 11:01 • 8 Avqust 2024
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap edib.

DİM-dən Xezerxeber.az-a ildirilib ki, xüsusi buraxılışda “2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli ” və digər faydalı məlumatlar təqdim olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti

Çox oxunanlar