Xəzər Xəbər

Taksi sifarişi operatorlarının təqdim edəcəyi məlumatların siyahısı müəyyənləşib

Cəmiyyət | 16:33 • 6 Avqust 2024
Taksi sifarişi operatorlarının təqdim edəcəyi məlumatların siyahısı müəyyənləşib

Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı təsdiqlənib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların

S İY A H I S I

Sıra

№-si

Məlumatların adı

1.

Taksi minik avtomobili barədə məlumat

1.1.

Dövlət qeydiyyat nişanı

1.2.

Markası

1.3.

Modeli

2.

Taksi sifarişi operatoru barədə məlumat

 

2.1.

Hüquqi şəxsin adı, hüquqi ünvanı, fərdi sahibkarın adı,

soyadı, atasının adı, yaşayış ünvanı fərdi identifikasiya nömrəsi

2.2.

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

2.3.

Taksi sifarişləri üzrə əldə edilmiş xidmət haqqı məbləği (manatla)

3.

Sürücü barədə məlumat

3.1.

Adı, soyadı, atasının adı

3.2.

Fərdi identifikasiya nömrəsi

3.3.

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

3.4.

Sifarişçilərdən qəbul edilmiş cəmi gediş haqqı məbləği (manatla), o cümlədən:

3.4.1.

nağdsız ödənilmiş məbləğ (manatla)

3.4.2.

nağd ödənilmiş məbləğ (manatla)

3.5.

Əldə edilmiş gəlir məbləği (manatla)

4.

Məlumatın aid olduğu dövr (il, ay);

4.1.

İl

4.2.

Ay

Qeyd.

Taksi sifarişi operatorları tərəfindən aylıq məlumatlar hər bir taksi minik avtomobili üzrə təqdim edilir.

Xəbər lenti