Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Xezerxeber.az Baş Prokurorluğa istinadən xəbər verir ki, bunu qurumda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.
Qeyd olunub ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilmişdir.