Xəzər Xəbər

Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb

Cəmiyyət | 09:04 • 16 İyul 2024
Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb

"Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemi yanlış göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

"Bakı Metropoliteni" QSC-dən Xezerxeber.az-a verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. 
“Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Xəbər lenti

Çox oxunanlar