Xəzər Xəbər

Bakıda 3320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Cəmiyyət | 12:30 • 15 İyul 2024
Bakıda 3320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 3320 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. Onlardan 1383 nəfər ümumi orta təhsil, 1937 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Xezerxeber.az bildirir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Qeyd edək ki, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Xəbər lenti

Çox oxunanlar