Xəzər Xəbər

Ermənistanda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Cəmiyyət | 11:47 • 15 İyul 2024
Ermənistanda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İyulun 15-də Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Xezerxeber.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 10:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad stansiyasından 29 kilometr şimalda - Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Xəbər lenti

Çox oxunanlar