Xəzər Xəbər

Dağlıq rayonlara leysan yağacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 16:20 • 12 İyul 2024
Dağlıq rayonlara leysan yağacaq

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Xəbər lenti