Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub, onların izahatları alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib.
DİN rəsmisinin sözlərinə görə, həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.