Xəzər Xəbər

Bu ildən vahid tələbə kartının tətbiqinə başlanılacaq

Cəmiyyət | 11:31 • 12 İyul 2024
Bu ildən vahid tələbə kartının tətbiqinə başlanılacaq

Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik.

Xezerxeber.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iyulun 12-də fondun 3 illik fəaliyyətinə dair hesabat tədbirində söyləyib.

O bildirib ki, həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər.

Elnur Nəsibovun sözlərinə görə, vahid tələbə kartının yaradılması qonşu Türkiyə və Rusiyadakı təcrübəyə əsaslanır. Xaricdə tələbə kartı tələbələrə ictimai nəqliyyat, muzeylərdə güzəştlər təqdim edir. 

İdarə Heyətinin sədri bildirib ki, fond tərəfindən yaradılan bu kart tələbələrə güzəştlər təqdim edəcək: “Yerüstü nəqliyyat, yeraltı nəqliyyat qurumları ilə tələbələrə güzəşt edilməsi üçün danışıqlara başlayacağıq. Lakin hələ ki bununla bağlı konkret danışmaq üçün tezdir”.

“Eyni zamanda özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə başlanılacaq”, - deyə o qeyd edib.

Xəbər lenti