Xəzər Xəbər

MİQ-in test imtahanları üzrə mərhələsi YEKUNLAŞDI

Cəmiyyət | 19:57 • 10 İyul 2024
MİQ-in test imtahanları üzrə mərhələsi

2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.

"Müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar