Xəzər Xəbər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib CƏDVƏL

Cəmiyyət | 15:46 • 10 İyul 2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yollar” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Xezerxeber.az-a verilən məlumata görə, həmçinin Bakı-Ağstafa-Bakı qatarlarımız hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar