Xəzər Xəbər

Bu yolda sürət həddi endirildi

Cəmiyyət | 10:55 • 10 İyul 2024
Bu yolda sürət həddi endirildi

Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

AYNA sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti