Xəzər Xəbər

MİQ imtahanında problem yaranıb, proses dayanıb

Cəmiyyət | 17:34 • 9 İyul 2024
MİQ imtahanında problem yaranıb, proses dayanıb

9 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

Xezerxeber.az bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.  

Qeyd edilib ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Xəbər lenti

Çox oxunanlar