Xəzər Xəbər

COP29 keçiriləcəyi müddətdə şəhər məktəbləri bağlanacaq? RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 13:03 • 9 İyul 2024
COP29 keçiriləcəyi müddətdə şəhər məktəbləri bağlanacaq?

COP29 keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur.

Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək:

“Vətəndaşları da anlayıram. Lakin hazırda biz sentyabrın 15-də məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar bu barədə məlumatlandırılacaq”.

Xəbər lenti