Xəzər Xəbər

Gələn həftə məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı BAŞLAYIR

Cəmiyyət | 12:45 • 9 İyul 2024
Gələn həftə məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı

İyulun 16-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, iyulun 19-u uşaqların təhsil müəssisələrinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə, iyulun 26-sı isə Bakı şəhəri üzrə başlayacaq: “Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra bu il sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər”.

Xəbər lenti

Çox oxunanlar