Xəzər Xəbər

Bağçalara qəbul prosesində kimlər üstünlük hüququna malik olacaq? AÇIQLAMA

Cəmiyyət | 12:13 • 9 İyul 2024
Bağçalara qəbul prosesində kimlər üstünlük hüququna malik olacaq?

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.

Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

- Şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.

Xəbər lenti

Çox oxunanlar