Xəzər Xəbər

Saray qəsəbəsində hərəkət məhdudlaşdırılır Sürücülərin NƏZƏRİNƏ

Cəmiyyət | 17:40 • 8 İyul 2024
Saray qəsəbəsində hərəkət məhdudlaşdırılır

9 iyul saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Xəbər lenti