Xəzər Xəbər

Naxçıvanda I yarımildə 5 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Cəmiyyət | 16:27 • 8 İyul 2024
Naxçıvanda I yarımildə 5 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2 533 müraciət üzrə 4 626 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bundan başqa, məlumata görə, 6 ay ərzində Naxçıvanda vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 19 049 şəxs qəbul edilib. Onlara vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 24 485 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Hesabat dövründə vergi ödəyicilərinə 199 769 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 48 görüş keçirilib, 348 sayda ünvanlı xidmət göstərilib.

Yanvar-iyun aylarında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 17 683 şəxsi qəbul edib və onlara 22 922 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 %

Xəbər lenti

Çox oxunanlar