Xəzər Xəbər

Ər-arvad MİQ imtahanında yüksək bal toplayıblar

Cəmiyyət | 15:44 • 8 İyul 2024
Ər-arvad MİQ imtahanında yüksək bal toplayıblar

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün – iyulun 8-də də davam edib.
Bu gün ingilis dili fənni üzrə namizədlər test imtahanı veriblər.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, 8 iyul tarixində təşkil olunan MİQ imtahanına ingilis dili fənni üzrə 5 946 namizəd dəvət olunub. Ümumilikdə 80% davamiyyət qeydə alınıb. 
Qeyd edək ki, bugünkü MİQ imtahanında da yüksək nəticələr qeydə alınıb.
Naxçıvanda keçirilən müəllimlərin işə qəbul imtahanında namizəd Sura Rüstəmova ingilis dili üzrə 93,75 bal toplamaqla yüksək nəticə göstərib.
Xatırladaq ki, Sura Rüstəmovanın həyat yoldaşı Ələkbər Ağayev də bir neçə gün öncə MİQ imtahanında iştirak edib və yüksək nəticəyə imza atıb. O, 4 iyul tarixindəki MİQ imtahanında kimya fənnindən 95 bal toplayıb. Cütlüyün iki qız övladı var. 

Xəbər lenti

Çox oxunanlar