Xəzər Xəbər

Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət | 09:01 • 4 İyul 2024
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Paytaxtın Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xezerxeber.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu gün saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti