Xəzər Xəbər

Agentlik rəhbəri təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Cəmiyyət | 12:08 • 2 İyul 2024
Agentlik rəhbəri təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Direktor və direktor müavini vəzifələrinə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan vəzifəli tərəflər barədə ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

O deyib ki, Regional Təhsil İdarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır.

Onun sözlərinə görə, yoxlama tədbirləri ilin sonunadək davam edəcək: “Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”.

Xəbər lenti

Çox oxunanlar