Təhsil sistemində müəyyən islahatlar həyata keçirilir və inanırıq ki, bu uzun müddətə təhsil sisteminə öz töhfəsini verəcək. Bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.