Xəzər Xəbər

Benzinlə dolu qabı yandırıb tanışlarının üzərinə atdı DETALLAR

Cəmiyyət | 12:03 • 29 İyun 2024
Benzinlə dolu qabı yandırıb tanışlarının üzərinə atdı

Gəncədə üç nəfər yanıq xəsarəti alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar