Xəzər Xəbər

"Sahil" metrostansiyasının önündəki səkilər söküldü

Cəmiyyət | 18:25 • 27 İyun 2024
"Sahil" metrostansiyasının önündəki səkilər

"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığı təmin edilib. Həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi və bu istiqamətdə görülən işlər başa çatıb.

Qeyd edək ki, bir müddət bundan öncə AYNA "Sahil" metrostansiyasının önündəki səkilərin sökülməsi barədə məlumat yaymışdı.

Xəbər lenti

Çox oxunanlar