Xəzər Xəbər

Ağstafada toyda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Cəmiyyət | 16:53 • 23 İyun 2024
Ağstafada toyda zəhərlənənlərin vəziyyəti

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir. (trend)

Xəbər lenti

Çox oxunanlar