Xəzər Xəbər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLDİ

Cəmiyyət | 14:35 • 23 İyun 2024
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi

Dövlət İmtahan Mərkəzi (DİM)tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Xezerxeber.az DİM-ə istinadən bildirir ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Xəbər lenti