Xəzər Xəbər

Rezidenturaya ikinci turun imtahanı KEÇİRÎLİR

Cəmiyyət | 09:00 • 23 İyun 2024
Rezidenturaya ikinci turun imtahanı

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirir.

Xezerxeber.az DİM-ə istinadən bildirir ki, imtahan vermək üçün 1373 namizəd qeydiyyatdan keçib. Onlardan 1036 nəfəri Azərbaycan, 337 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 543 nəfəri oğlan, 830 nəfəri isə qızdır. 223 nəfər cari ilin, 522 nəfər əvvəlki illərin məzunudur. 628 nəfər isə növbəti illərdə məzun olacaq. On üç nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İmtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

 

Xəbər lenti

Çox oxunanlar