Xəzər Xəbər

Müəllimlərin sertifikasiya imtahanında səhv sual olub? AÇIQLAMA

Cəmiyyət | 13:27 • 22 İyun 2024
Müəllimlərin sertifikasiya imtahanında səhv sual olub?

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Xezerxeber.az xəbĕr verir ki, bu barədəTəhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Xəbər lenti