Xəzər Xəbər

Doğum evində tibb işçisi körpənin atasından pul istəyib? ARAŞDIRMA BAŞLADI

Cəmiyyət | 16:55 • 20 İyun 2024
Doğum evində tibb işçisi körpənin atasından pul istəyib?

Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.

"Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Xatırladaq ki, görüntülərdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub. (report)

Xəbər lenti