Xəzər Xəbər

Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda SAXLANILDI

Cəmiyyət | 18:00 • 18 İyun 2024
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti