Xəzər Xəbər

Qusarda qəbirləri dağıdan şəxs həbs olundu

Cəmiyyət | 09:25 • 18 İyun 2024
Qusarda qəbirləri dağıdan şəxs

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

Xəbər lenti

Çox oxunanlar