Xəzər Xəbər

Azərbaycanda yeni rüsumlar MÜƏYYƏNLƏŞİR

Cəmiyyət | 17:35 • 4 İyun 2024
Azərbaycanda yeni rüsumlar

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Eyni zamanda, layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödənilməsi təklif edilir.

Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanlar da cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər lenti

Çox oxunanlar