Xəzər Xəbər

Zəvvarların növbəti qrupu Həcc ziyarətinə YOLA DÜŞDÜ

Cəmiyyət | 16:53 • 4 İyun 2024
Zəvvarların növbəti qrupu Həcc ziyarətinə

Azərbaycandan zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb.

Xezerxeber.az-ın məlumatına görə, 180 nəfərlik ikinci zəvvar qrupunu aparan təyyarə 16:35-də havaya qalxıb.

Qeyd edək ki, bundan əvvəl zəvvarların ilk qrupu səhər saatlarında yola düşüb. Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xəbər lenti

Çox oxunanlar