Xəzər Xəbər

Ötən ay zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı AÇIQLANDI

Cəmiyyət | 16:00 • 3 İyun 2024
Ötən ay zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

Xezerxeber.az ANAMA-ya istinadən bildirir ki, may ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib.

Xəbər lenti

Çox oxunanlar