Xəzər Xəbər

DSMF-nin cari il üzrə büdcəsinə dəyişikliklər nəzərdə tutulur

Cəmiyyət | 14:13 • 24 May 2024
DSMF-nin cari il üzrə büdcəsinə dəyişikliklər nəzərdə tutulur

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən DSMF-nin 2024-cü il üzrə büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi nəzərdən keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Qanuna dəyişikliklə, DSMF-nin büdcəsinin gəlirləri və xərcləri 6 949 860 000,0 min manat müəyyən edilir.

Qanun layihəsinə əsasən, Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması üçün 5 milyard 478,1 milyon (5 478 135 400,0) manat müəyyənləşdirilir.

Xəbər lenti

Çox oxunanlar