Xəzər Xəbər

Ailəli və uşaqlı qadınlara iş saatında güzəşt edilməsi təklif olunur

Cəmiyyət | 12:55 • 24 May 2024
Ailəli və uşaqlı qadınlara iş saatında güzəşt edilməsi təklif olunur

Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.

O əlavə edib ki, uşaqlı olan qadınların üzərinə böyük vəzifələr düşür: "İşləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənir. Ona görə də bu güzəştlər edilməlidir".

 

Xəbər lenti

Çox oxunanlar