Xəzər Xəbər

Əmək pensiyasının bir növdən başqa növə keçirilməsi hansı halda mümkün olacaq?

Cəmiyyət | 11:34 • 22 May 2024
Əmək pensiyasının bir növdən başqa növə keçirilməsi hansı halda mümkün olacaq?

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi üzrə qaydalar müəyyənləşir.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinin 34.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.

Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

Çox oxunanlar